Özünü təbrik etdi, "Doğum günüm mübarək" yazdı - VİDEO

6 Fevral 2020 11:20 İtaliya 704
Özünü təbrik etdi, "Doğum günüm mübarək" yazdı - VİDEO

Portuqaliya millisinin və "Yuventus"un ulduzu Kriştianu Ronaldonun 35 yaşı tamam olub.

Sportinfo.az xəbər verir ki, o, daha öncə ölkəsində "Sportinq", İngiltərədə "Mançester Yunayted" və İspaniyada "Real»"ın formasını geyinib.

3 dəfə İngiltərə, 2 dəfə İspaniya, 1 dəfə İtaliya çempionu olub. 5 dəfə Çempionlar Liqasını (ÇL), 4 dəfə klublararası dünya çempionluğunu, 2 dəfə UEFA Super Kubokunu qazanıb.

Təcrübəli forvard milliylə Avropa çempionatı və UEFA Millətlər Liqasının qalibidir. Həmçinin 5 dəfə "Qızıl top" mükafatının qalibi olub.

Portuqaliyalı Çempionlar Liqası tarixində ən çox qol vuran (168 matçda 128 qol) oyunçudur. Hücumçu 7 mövsüm ÇL-də ən çox qol vuran futbolçu olub.

"Yuventus"un hücumçusu "İnstaqram" səhifəsində komandanın məşqindən video paylaşıb. O, videoya "Doğum günüm mübarək" şərhini yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti