Ronaldoya görə 313 dollar təzminat alacaqlar - MƏHKƏMƏ QƏRARI

5 Fevral 2020 14:22 İtaliya 806
Ronaldoya görə 313 dollar təzminat alacaqlar - MƏHKƏMƏ QƏRARI

Cənubi Koreyadan olan iki azarkeş ölkənin K Liqası ulduzları yığmasının 2019-cu ilin iyulunda Seulda keçirilmiş matçında "Yuventus"un futbolçusu Kriştuanu Ronaldonun iştirak etməməsinə görə 313 ABŞ dolları məbləğində təzminat alacaq.

Sportinfo.az xəbər verir ki, görüşün təşkilatçısı “The Fasta Inc” şirkəti əvvəlcə Ronaldunun ən azı bir hissə oynayacağını bildirib.

Lakin portuqaliyalı ulduz sonadək ehtiyat oyunçular skamyasında əyləşib. Qarşılaşmanı təxminən 63 min azarkeş izləyib. Onların çoxu Ronaldonun meydana çıxmamasından narazı qalıb. Bəziləri isə hətta maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət ediblər.

Xüsusi halda iki azarkeş bilet qiymətinin (59 ABŞ dolları) və mənəvi zərəri (847 ABŞ dolları) ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırıb.

Məhkəmə “Fasta Inc”ın bilet üçün azarkeşlərə 59 ABŞ dolları, mənəvi təzminat kimi 252 ABŞ dolları ödəməsi barədə qərar çıxarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti