"Onu istəyirdik, amma bizimlə danışıqlara hazır olduğunu görmədik”

5 Fevral 2020 12:16 İtaliya 791
"Onu istəyirdik, amma bizimlə danışıqlara hazır olduğunu görmədik”

“İnter”in idman direktoru Beppe Marotta Olivye Jiru ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Çelsi”nin futbolçusunun transferi ilə bağlı danışan klub rəsmisi keçidin alınmamasının səbəbini açıqlayıb:

“Qış fasiləsində hədəflədiyimiz futbolçuları transfer etdik. Əsas məqsədimiz komanda daxilində keyfiyyəti yüksəltmək idi. Heyətə cəlb etdiyimiz futbolçular da səviyyəni yüksəltdiyimizi göstərir.

Jiru ilə bağlı transfer istəyimizin olduğu doğrudur. Jirunu istəyirdik, amma “Çelsi”nin bizimlə danışıqlar aparmağa hazır olduğunu görmədik”.

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçunun “İnter”ə transfer olunacağı deyilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM