"İnter"dən ayrılıb "Napoli" ilə müqavilə bağladı - RƏSMİ

29 Yanvar 2020 20:05 İtaliya 1 055
"İnter"dən ayrılıb "Napoli" ilə müqavilə bağladı - RƏSMİ

İtaliya A Seriyasında medalçılar sırasına düşməyi hədəfləyən “Napoli” heyətini yeni futbolçuyla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Cennaro Qattuzonun rəhbərlik etdiyi Neapol təmsilçisi “İnter”in yetirməsi Matteo Politanonu 2 illik icarəyə götürüb.

Anlaşma müddəti başa çatandan sonra klub 26 yaşlı vingerin transfer hüquqlarına sahib ola bilər. Politano cari mövsüm Milan klubunda 11 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti