Asmir Beqoviç "Milan"da nə vaxt debüt edəcək?

29 Yanvar 2020 13:00 İtaliya 1 587
Asmir Beqoviç "Milan"da nə vaxt debüt edəcək?

Mövsümün əvvəlini icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviçin yeni klubu "Milan"da nə vaxt debüt edəcəyi maraqla gözlənilir.

Sportinfo.az xəbər verir ki, lakin İtaliya nəhənginin baş məşqçisi Stefano Pioli 6 aylıq icarəyə götürülən "Bornmut"un qolkiperinə şans tanımağa tərəddüd edir.

32 yaşlı bosniya və herseqovinalının gəlişindən sonra Milan təmsilçisi 4 rəsmi görüş keçirib ki, onlardan 1-də əsas qapıçı Canluici Donnarumma zədəli olub. Lakin 55 yaşlı baş məşqçi SPAL-la kubok oyununda belə, Donnarummanın yoxluğunu onun böyük qardaşı Antonio ilə doldurdu.

"Rossyonerlər" dünən İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində növbəti matçını oynadı, "Torino" səddi (2:2) əsas vaxta əlavə olunmuş dəqiqələrdə keçildi - Hakan Çalhanoğlu və Zlatan İbrahimoviçin qolları ilə - 4:2. "Milan"ın yarımfinalda rəqibi "Yuventus" olacaq.

Asmir Beqoviç bu dəfə də qarşılaşmanı kənardan izlədi, adı iştirak ərizəsində olsa belə. İtaliya mətbuatının Beqoviç haqda yazdıqlarından ümumi olaraq belə anlaşılır ki, Pioli ona məcbur olmadığı müddətdə şans verməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti