Beqoviç kənardan izləyir

25 Yanvar 2020 11:34 İtaliya 919
Beqoviç kənardan izləyir

Mövsümün ilk yarısını "Qarabağ"da keçirən "Bornmut"un qapıçısı Asmir Beqoviç bu yanvar icarəyə getdiyi "Milan"ın oyunlarını hələlik kənardan izləyir.

Sportinfo.az xəbər verir ki, İtaliya nəhənginin baş məşqçisi Stefano Pioli İtaliya kubokunun SPAL-la oyunundan əvvəl zədələnən əsas qapıçı Canluici Donnarummanın yoxluğunda da bosniya və herseqovinalı qolkiperə etimad göstərmədi.

"Qara-qırmızı" klub dünən İtaliya A Seriyasında növbəti görüşünü keçirib. Beqoviçin adı bu dəfə də oyunun iştirak ərizəsinə salınıb, lakin o, komandasının zəfərini kənardan izləyib. Səfərdə autsayder-debütant "Breşia"nı 1:0 məğlub edən milanlılar xal ehtiyatını 31-ə çatdıraraq turnir cədvəlindəki mövqelərini də bir qədər yaxşılaşdırıblar.

2020-ci ildə uduzmayan "rossyonerlər" kubok matçı da daxil, ardıcıl 4 oyundur qələbə qazanırlar.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM