“Ronaldo bizi hələ çox xoşbəxt edəcək”

25 Yanvar 2020 11:48 İtaliya 1 439
“Ronaldo bizi hələ çox xoşbəxt edəcək”

İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Roma”ya 3:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəssis oyunda ilk qolun müəllifi olan hücumçu Kriştiano Ronaldo ilə bağlı danışıb:

“Yaxşı oynayan və bizi çətinliyə salan komandaya qarşı yüksək səviyyədə matç keçirdik. Ronaldo isə hazırda həm fiziki, həm də psixoloji cəhətdən əla vəziyyətdədir.

Onun futbolçu kimi hansı fərdi keyfiyyətlərini yaxşılaşdıra biləcəyimizi bilmirəm. O, hər oyun qollar vurur. Ronaldo bütün zamanların ən güclü futbolçularından biridir. Ona 6-cı dəfə “qızıl top”u qazanmaqda kömək etmək bizim üçün vacibdir. Bu, bizi çox xoşbəxt edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti