Gözlənilməz qərar - Qadağa iyunun 14-dək uzadıldı

19 May 2020 00:28 İtaliya 1 207
Gözlənilməz qərar - Qadağa iyunun 14-dək uzadıldı

İtaliyanın baş naziri Cüzeppe Konte kütləvi idman tədbirləri ilə bağlı yeni qərar imzalayıb.

Sportinfo.az xəbər verir ki, qərara əsasən, ölkədə yarışların keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb.

Bu daha əvvəl iyunun 13-də bərpa olunacağı gözlənilən A Seriyasının yenidən təxirə salınacağından xəbər verir.

İtaliyada yerli liqalar martın 9-da keçirilən 26-cı turun son oyunlarının ardından koronavirusa görə dayandırılıb. Komandalara mayın 4-dən etibarən fərdi qaydada, ayın 18-dən isə kollektiv məşq etməyə icazə verilib.

Digər Xəbərlər
Xəbər Lenti