"Yuventus" "Roma"ya da qalib gəldi - VİDEO

13 Yanvar 2020 09:23 İtaliya 656
"Yuventus" "Roma"ya da qalib gəldi - VİDEO

“Yuventus” İtaliya A seriyasının 19-cu turunda “Roma”ya qalib gəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Romada keçirilib və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İtaliyanın hazırkı çempionları artıq 3-cü dəqiqədə hesabı açıblar. Merih Demiral qonaqları dəqiq zərbəsi ilə sevindirib. Bundan 7 dəqiqə sonra Kriştianu Ronaldo penalti ilə “Yuventus”un üstünlüyünü artırıb – 2:0.

Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. “Roma”nın heyətində yeganə qolu Dieqo Perotti 11 metrlik cərimə zərbəsindən vurub.

“Yuventus” ardıcıl dörd qələbə qazanaraq 48 xalla turnir cədvəlinə başçılıq edir. “Roma” 35 xalla yarış cədvəlində 5-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda