"Müqavilələr maraqlı tərəflər tərəfindən imzalanacaq"

19 May 2020 00:56 İtaliya 950
"Müqavilələr maraqlı tərəflər tərəfindən imzalanacaq"

İspaniyanın Bilbao şəhəri AVRO-2020-nin oyunlarını qəbul etməklə bağlı UEFA-ya zəmanət verib.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a yerli Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bütün zəmanətləri dövlət orqanları verib: "Müqavilələr maraqlı tərəflər tərəfindən imzalanacaq. Hazırda Bilbaonun 2021-ci ildə matçları qəbul etməmək ehtimalı azdır".

Daha əvvəl Rusiya, Danimarka və Şotlandiya AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!