12 milyon qazandıracaq

10 Yanvar 2020 00:00 İtaliya 691
12 milyon qazandıracaq

"Leypsiq"in futbolçusu Dieqo Demme karyerasını İtaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün ikinci dövrəsindən etibarən "Napoli"nin formasını geyinəcək.

Klublar arasında danışıq müsbət nəticələnib. Anlaşmaya əsasən, bonuslarla birlikdə keçid Bundesliqa təmsilçisinə 12 milyon avro qazandıracaq. Demme artıq Napoliyə yola düşüb.

O, Neapol təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək. 29 yaşlı oyunçunun sözləşmə müddəti barədə məlumat verilməyib.

Dieqo Demme bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!