“Eşitmişəm ki, insanlar onu eşşək adandırırlar" - FOTO

8 Yanvar 2020 10:30 İtaliya 629
“Eşitmişəm ki, insanlar onu eşşək adandırırlar" - FOTO

"İnter"in baş məşqçisi Antonio Konte futbolçusu Romelu Lukaku haqda danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis son vaxtlar yaxşı formada olan 26 yaşlı hücumçunu tərifləyib:

“Eşitmişəm ki, insanlar onu eşşək adandırırlar. Bunu ilk dəfə deyil ki, eşidirəm. Ancaq həmişə demişəm ki, Lukaku emal edilməli, yonulmamış almazdır.

Lukakunu “Çelsi”də, hətta “Yuventus”da işləyəndə də komandamda görmək istəyirdim. İndi almaz kəsməyə başlaya bilərəm”.

Belçikalı forvard bu mövsüm A Seriyasında 18 oyuna 14 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!