"Hazırda oyunçu satmaq fikrimiz yoxdur"

6 Yanvar 2020 14:00 İtaliya 972
"Hazırda oyunçu satmaq fikrimiz yoxdur"

"Roma"nın baş məşqçisi Paulo Fonseska komandadan ayrılacağı iddia edilən Cengiz Ündərlə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qışda oyunçu satmaq istəmədiklərini deyib:

"Hazırda oyunçu satmaq fikrimiz yoxdur. Cengiz Ündəri də göndərmək fikrində deyilik. Meydana yalnız 11 oyunçu çıxır. Futbolçuların inkişaf etməsini gözləməliyik".

22 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyasında 7 oyuna 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti