"Hamı danışırdı ki, mən ərimi boğmağa da hazıram"

2 Yanvar 2020 23:45 İtaliya 951
"Hamı danışırdı ki, mən ərimi boğmağa da hazıram"

Mario İkardinin həyat yoldaşı və agenti Vanda Nara onun “İnter”dən icarə qaydasında PSJ-yə keçidinin səbəbləri barədə danışıb.

Sportimfo.az xəbər verir ki, o, “Genta” jurnalına müsahibəsində deyib: “İntuisiyamın güclü olması mənim üstünlüyümdür.

Bir neçə ay əvvəl bütün İtaliya danışırdı ki, mən ərimi “Napoli” və ya “Yuventus”a keçməsi üçün boğmağa da hazıram. Amma daxilimdə bir hiss vardı.

Bu, altıncı hiss, qadın intuisiyası idi və o mənə dedi ki, Mario İtaliyanı tərk etməlidir. Bizim ailə üçün İtaliyada qalmaq daha yaxşı olardı.

Amma mən bu məsələdə sırf Marionun özünü düşündüm. Dördüncü gün idi. O, Parisə getdi. İstirahət günlərini birgə keçirdik.

Birinci gün isə Milandakı mənzilimdə yuxudan oyananda yanımda beş uşağım vardı, o isə yanımda deyildi. Yəni bu qərar asan verilmədi”.

Digər Xəbərlər
Xəbər Lenti