İsveç millisinin üzvü "Yuventus"da

2 Yanvar 2020 14:59 İtaliya 912
İsveç millisinin üzvü "Yuventus"da

"Yuventus" qış fasiləsində ilk transferini reallaşdırmağa hazırlaşır. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Deyan Kulusevskini tibbi müayinədən keçirib. Klubun bazasına gedən isveçli futbolçu azarkeşlərlə şəkil çəkdirərək, avtoqraf paylayıb.

İddiaya görə, "qoca sinyora" 19 yaşlı istedad üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyəcək. Bundan əlavə, "Atalanta" daha 9 milyon bonus əldə edəcək. Futbolçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilən "Yuventus" ona illik 2,5 milyon avro məvacib verəcək.

Kulusevski cari mövsümün sonuna kimi icarə əsasında "Parma"da çıxış edəcək. O, mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!