"Barselona"dan "Milan"a keçdi

2 Yanvar 2020 13:00 İtaliya 995
"Barselona"dan "Milan"a keçdi

Zlatan İbrahimoviçi transfer edən "Milan" daha bir keçidə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" "Barselona"nın müdafiəçisi Jan-kler Todibonu icarəyə götürüb.

"Milan" 20 yaşlı futbolçunu 20 milyon avroluq satın alma şərti ilə heyətinə cəlb edib. Müqavilənin müddəti mövsümün sonuna qədərdir.

Fransalı futbolçu bu mövsüm Kataloniya klubunda 4 oyun keçirib. O, yayda "Tuluza"dan "Barselona"ya transfer olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti