“İnter”li Cənubi Amerikanın ən yaxşısı seçildi

1 Yanvar 2020 14:15 İtaliya 495
“İnter”li Cənubi Amerikanın ən yaxşısı seçildi

Cənubi Amerikada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib. Sportinfo.az xəbər verir ki, “Flamenqo”nun hücumçusu Qabriel Barboza ilin ən yaxşı oyunçusu seçilib.

Uruqvayın “El Pais” nəşrinin keçirdiyi sorğuda 372 jurnalist iştirak edib. Qabiqol respondentlərin 45 faizinin səslərini toplamaqla qalib olub.

İkinci yeri Barbozanın komanda yoldaşı Bruno Enrike tutub (22 faiz). Üçüncü pillədə isə “Flamenqo”nun digər futbolçusu Corcian de Arraskaeta qərarlaşıb (11 faiz).

Müqavilə ilə Milan “İnter”inə məxsus olan Qabriel Barboza “Flamenqo”da icarə əsasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti