Məşhur amerikalı milyarder paytaxt klubunu alır

31 Dekabr 2019 11:15 İtaliya 737
Məşhur amerikalı milyarder paytaxt klubunu alır

"Roma” amerikalı milyarder Dan Fridkin tərəfindən alına bilər.

Sportinfo.az xəbər verir ki, artıq onun rəhbərlik etdiyi “Friedkin Group” şirkəti paytaxt təmsilçisini satın almaq üçün indiki rəhbərliklə danışıqlara başlayıb.

Bu məlumatı “canavarlar”ın mətbuat xidməti də təsdiqləyib. Məlumatda danışıqların davam etdiyi və hələlik, razılıq əldə olunmadığı bəyan olunub.

“Roma”nın səhmlərinin böyük hissəsi ABŞ-ın digər milyarderi Ceyms Pallottaya məxsusdu. Lakin klub azarkeşləri son illərdə Françesko Totti, Daniele De Rossi kimi romalı ulduzların bu klubdan kənarlaşdırılmasından sonra Pallottanın paytaxt təmsilçisindən getməsini tələb edirlər.

Bu üzdən də Pallottanın Fridkinlə razılığa gələcəyi ehtimal olunur. Hətta “Financial Times” “Roma”nın borclarıyla birlikdə 750 milyon avroya “Friedkin Group”a satılmağa yaxın olduğunu iddia edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı