İbra rəsmən “Milan”da!

28 Dekabr 2019 00:10 İtaliya 1 060
İbra rəsmən “Milan”da!

“Los-Anceles Qalaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviçin yeni klubunun adı rəsmən bəlli olub. Sportinfo.az xəbər verir ki, isveçli forvard gözlənildiyi kimi, “Milan” ilə anlaşıb.

Bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb. Azad agent olan veteran forvardla müqavilənin detalları açıqlanmayıb. Amma tərəflərin 6 aylıq anlaşmaya imza atdığı iddia olunur.

Zlatan İbrahimoviç geridə qalan mövsüm MLS liqasında iştirak etdiyi 31 matçda 31 qol, 8 assistlə yadda qalıb. İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM