16 il əvvəl ona da, Alleqriyə də lağ edirmişlər

26 Dekabr 2019 00:00 İtaliya 919
16 il əvvəl ona da, Alleqriyə də lağ edirmişlər

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri 16 il əvvəl – 2003-cü ildə üzləşdiyi hadisə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, həmin vaxt Sarri və “Yuve”nin sabiq məşqçisi Massimiliano Alleqri C divizionunda çalışırmış.

Sarrinin komandası “Sancovaneze” Alleqrinin baş məşqçi olduğu “Alyaneze” ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Komandalar oyun ərzində qapıya bircə zərbə də endirə bilməyiblər.

Qarşılaşmadan sonra Sarrinin dostu ona belə deyib: “Əgər siz iki nəfər məşqçisinizsə, onda bu işi hər kəs bacarar”.

Sarri bildirib ki, həmin vaxt Alleqri ilə ona heç kim inanmırmış.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM