"Yuventus" İtaliya Super Kubokunun qalibi olmadı - VİDEO

23 Dekabr 2019 01:24 İtaliya 2 230
"Yuventus" İtaliya Super Kubokunun qalibi  olmadı - VİDEO

İtaliya Super Kubokunun qalibi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu titul uğrunda A Seriyasının sonuncu qalibi “Yuventus”la İtaliya kubokunun sahibi “Latsio” qarşılaşıb.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan qarşılaşmada qapılara bütövlükdə dörd qol vurulub. 3:1 hesabıyla qalib gələn “Latsio” Super Kuboku muzeyinə götürüb.

Paytaxt klubu beşinci dəfə bu titula sahib çıxır. “Latsio” daha öncə 1998, 2000, 2009 və 2017-ci illərdə də oxşar uğura imza atıb.

Yuventus – Latsio 1:3

Qollar: Dibala, 45 – Luis Alberto, 16. Luliç, 73. Kataldi, 90+4.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti