İtaliya A Seriyasında 17-ci turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Milan" səfərdə "Atalanta"nın qonağı olub. Qapısından 5 cavabsız qol buraxan "rossonyerlər" biabırçı hesabla uduzub. Bu, "qırmızı-qaralar"ın tarixində İtaliya çempionatında 5 top fərqi ilə məğlub olduğu 4-cü qarşılaşma olub.
"Atalanta"nın heyətində qolları Papu Qomes (10-cu dəqiqə), Mario Paşaliç (61), Yosip İliçiç (63, 72) və Luis Muriel (83) vurublar.
Qeyd edək ki, 17 turdan sonra 21 xalı olan "Milan" 10-cu pillədə qərarlaşıb. "Atalanta" isə bu qələbə sayəsində xallarını 31-ə çatdıraraq, 5-ci sıraya yüksəlib.

