Ronaldo "Yuventus"un kapitanlığından imtina etdi

16 Dekabr 2019 23:00 İtaliya 882
Ronaldo "Yuventus"un kapitanlığından imtina etdi

İtaliya A seriyasının XVI turu çərçivəsində keçirilən "Yuventus" - "Udineze" oyununda maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, Kriştianu Ronaldo görüşün gedişində kapitanlıq sarğısını qoluna taxmaqdan imtina edib.

Əvvəlcə 75-ci dəqiqədə əsas kapitan Leonardo Bonuççi, bundan 5 dəqiqə sonra isə vitse-kapitan Qonzalo İquain əvəzlənib. Argentinalı meydanı tərk edərkən sarğını Ronaldoya verib.

Ancaq portuqaliyalı onu öz qoluna yox, yarımmüdafiəçi Blez Matuidinin qoluna taxıb. Ronaldonun dubl etdiyi qarşılaşmada "Yuventus" 3:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM