"Napoli"nin baş məşqçisi Aurelio De Laurentis Karlo Ançelottinin qovulmasından danışıb. Sportinfo.az xəbər verir ki, "Football İtalia" nəşrinə danışan futbol funksioneri təcrübəli mütəxəssisə uğurlar arzulayıb:
"Ona yalnız hər şeyin ən yaxşısını arzu edə bilərəm. Görkəmli insan və böyük dostdur. Mövsümün sonunda nəyin yolunda getmədiyini, kimin səhv etdiyini görəcəyik. Bax, onda bəzi şeylərin üstündən qalın xətt çəkəcəyik".
Qeyd edək ki, Ançelottinin istefaya göndərilməsindən sonra onu əvəzləyən Cennaro Qattuzo "Napoli"nin sükanı arxasında ilk oyununda evdə "Parma"ya 1:2 hesabı ilə uduzub.

