Yeni baş məşqçi bu gün məlum olacaq - 6 aylıq müqavilə

11 Dekabr 2019 12:49 İtaliya 1 069
Yeni baş məşqçi bu gün məlum olacaq - 6 aylıq müqavilə

"Napoli"nin yeni baş məşqçisi bu gün bəlli olacaq. Sportinfo.az "Sky Sport İtalia" nəşrinə istinadən xəbər verir ki, bir neçə saatdan sonra "Milan"ın sabiq çalışdırıcısı Cennaro Qattuzonun təyinatı rəsmiləşəcək.

41 yaşlı mütəxəssis neapollularla 6 aylıq müqavilə imzalayacaq. Əgər komandanı mövsümün sonunda Çempionlar Liqasına çıxara bilsə, sözləşmənin müddəti daha 1 il artırılacaq. Onun yeni klubunda yarım illik maaşı 1.5 milyon avro olacaq. Komandanın sükanı arxasında qalacağı halda bu məbləğ illik 3 milyon olacaq.

Qeyd edək ki, Qattuzo "Napoli"də Karlo Ançelottini əvəzləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti