Karlo Ançelotti qovuldu!

11 Dekabr 2019 11:36 İtaliya 764
Karlo Ançelotti qovuldu!

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssislə əməkdaşlığa son qoyub. Komandanın Çempionlar Liqasında 1/8 finala yüksəlməsi də rəhbərliyin qərarını dəyişməyib.60 yaşlı çalışdırıcının A seriyasındakı uğursuzluğa görə qovulduğu iddia olunur.

Komandanın sükanı arxasına "Milan"ın sabiq çalışdırıcısı Cennaro Qattuzonun gətiriləcəyi bildirilir.

"Napoli" ölkə çempionatında 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti