Vergi saxtakarlığında və “çirkli pullar”ın yuyulmasında ittiham olunur

10 Dekabr 2019 23:30 İtaliya 507
Vergi saxtakarlığında və “çirkli pullar”ın yuyulmasında ittiham olunur

Braziliya millisinin və “Roma”nın sabiq üzvü Mişel Bastos həbs oluna bilər. Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl karyerasını bitirən 36 yaşlı futbolçu vergi saxtakarlığında və “çirkli pullar”ın yuyulmasında ittiham olunur.

Əsas ittihamlardan biri onun 2018-ci ildə evini narkotik alverçisinə satması olub.

Bastos karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor”, “Şalke” kimi klublarda çıxış edib. O, 10 dəfə formasını geyindiyi Braziliya millisində bir qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"