"Milan" bir neçə dəfə yıxılsa da, ayağa qalxmağı bacarıb"

7 Dekabr 2019 12:45 İtaliya 668
"Milan" bir neçə dəfə yıxılsa da, ayağa qalxmağı bacarıb"

"Milan"ın əfsanəvi futbolçusu, hazırda klubun idman direktoru kimi fəaliyyət göstərən Paolo Maldini komandanın əvvəlki əzəmətini qaytaracağına əmin olduğunu bildirib. Sportinfo.az xəbər verir ki, o, "rossonyerlər"in əvvəlki kimi uğurlu nəticələr qazanması üçün zamana ehtiyac olduğunu söyləyib:
"Milan" ehtiras, zəriflik və iddialı olmaq deməkdir. Komanda bir neçə dəfə yıxıldı, amma həmişə də ayağa qalxmağı bacarıb. Biz yenə bunu edəcəyik. "Milan" hər zaman texnikalı komanda hesab edilib. Komandamız hər zaman meydanda yüksəksəviyyəli futbol nümayiş etdirib".

14 turdan sonra “Milan” lider “İnter”dən 21 xal geri qalaraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"