“Yalnız bir Ronaldo var, o da braziliyalıdır”

6 Dekabr 2019 23:35 İtaliya 1 191
“Yalnız bir Ronaldo var, o da braziliyalıdır”

Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirəcəyinə işarə vurub. Sportinfo.az xəbər verir ki, onun “milan”da çıxış etmək ehtimalı var. Jurnalistlər indidən “Ronaldo-İbrahimoviç qarşıdurması" barədə yazırlar.

İbra da bu məsələyə münasibət bildirib: “İtaliyada əsl Ronaldo ilə qarşılaşacağam? Elə şey yoxdur, yalnız bir Ronaldo var, o da braziliyalıdır”.

Zlatan bir müddət əvvəl də Ronaldonu aşağılamışdı. Bildirmişdi ki, 7 il dalbadal çempion olan komandaya keçid çağırış ola bilməz. Onun sözlərinə görə, çağırış, B seriyasında çıxış edən “Yuve”yə keçid ola bilərdi.

Digər Xəbərlər
Xəbər Lenti