Kyezaya ömürlük müqavilə

6 Dekabr 2019 18:00 İtaliya 800
Kyezaya ömürlük müqavilə

"Fiorentina" aparıcı oyunçularından Federiko Kyezanı heyətdə saxlamaq istəyir.

Sportinfo.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Florensiya təmsilçisi hücumçuya ömürlük müqavilə təklif edib.

İtaliya və Avropanın nəhəng klublarının transfer siyahısında yer alan 22 yaşlı futbolçunun “Fiorentina”nın təklifinə nə cavab verəcəyi hələ ki, bəlli deyil. Kyeza 2016-cı ildən “Fiorentina”nın əsas komandasının formasını geyinir.

İtaliya millisinin üzvünün “Fiorentina” ilə hazırkı müqaviləsi 2022-ci ilə kimidir.

Digər Xəbərlər
Xəbər Lenti