Benites həmyerlisini Çinə aparır - 10 MİLYON AVRO MAAŞLA

5 Dekabr 2019 20:24 İtaliya 1 212
Benites həmyerlisini Çinə aparır - 10 MİLYON AVRO MAAŞLA

2013/2015-ci illərdə “Napoli”nin baş məşqçisi olmuş, hazırda Çinin "Dalian Yifan" klubunu çalışdıran Rafael Benites həmyerlisi Xose Kalyexonu Asiya qitəsinə çağırıb.

Sportinfo.az xəbər verir ki, Çin klubu məhz ispan məşqçinin məsləhətindən sonra 32 yaşlı vingerə rəsmi dəvət göndərib.

Çin təmsilçisi 6 ildir Neapol klubunun uğurları üçün çalışan Kalyexona illik 10 milyon avro maaş təklif edib. "Napoli"də 234 oyuna 61 qol vuran Kalyexon cari mövsüm İtaliya A Seriyasında 13 görüş keçirib, 1 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti