Xedira daha 3 ay futboldan kənarda qalacaq

5 Dekabr 2019 21:35 İtaliya 501
Xedira daha 3 ay futboldan kənarda qalacaq

Ötən mövsüm aprel ayından tam sağala bilməyən “Yuventus”un yarımmüdafiəçisi Sami Xedira daha 3 ay futboldan kənar qalacaq.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl zədələnən 32 yaşlı almaniyalı yarımmüdafiəçi növbəti dəfə əməliyyat keçirib.

Həkimlər bildirib ki, diz qapağından əməliyyat olunan Xediranın sağalmasına 3 ay vaxt lazımdır. 2015-ci ildən Turin klubunda çıxış edən Almaniya yığmasının üzvü cari mövsüm İtaliya A Seriyasında 12 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti