36 yaşlı Kualyarella İnzagi və Mançiniyə çatdı

3 Dekabr 2019 16:33 İtaliya 644
36 yaşlı Kualyarella İnzagi və Mançiniyə çatdı

2016-cı ildən "Sampdoriya"nın uğurları üçün çalışan Fabio Kualyarella ikinci cavanlığını yaşayır.

Sportinfo.az xəbər verir ki, Genuya təmsilçisinin 36 yaşlı təcrübəli futbolçusu İtaliya A Seriyasında adından söz etdirir.

14-cü turun "Kalyari" ilə səfər oyununda dubl edən hücumçu İtaliya A Seriyasında vurduğu qolların sayını 156-ya çatdırıb. Kualyarella bombardirlər siyahısında 19-cu pilləyə yüksəlməklə əfsanəvi italyanlar - Cici Riva, Filippo İnzagi və yığmanın hazırkı baş məşqçisi Roberto Mançini ilə qolların sayını bərabərləşdirib.

İtaliya çempionatlarının bombardiri 274 qolla Silvio Piolidir. İkinci yeri 250 qolla italyanların canlı əfsanəsi Françesko Totti tutur. Qunnar Nordal isə 225 qolla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti