İtaliya millisi və “Milan”ın əfsanəvi futbolçusu öldü

1 Avqust 10:00 İtaliya 593
İtaliya millisi və “Milan”ın əfsanəvi futbolçusu öldü

İtaliya millisi və “Milan”ın əfsanəvi futbolçusu Franko Barezi vəfat edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, illərdir ağır xəstəliklə mübarizə aparan veteran müdafiəçi 66 yaşında dünyasını dəyişib.

Franko Barezi klub karyerası ərzində yalnız “Milan”ın formasını geyinib.

1978-ci ildən 1997-ci ilə qədər bu komandada çıxış edən əfsanəvi oyunçu 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə ölkə Superkubokunu qazanıb, həmçinin 3 dəfə Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi olub.

İtaliya milli komandasında 81 oyun keçirən Barezi 1982-ci ildə dünya çempionatının qızıl medallarına sahib çıxıb. O, həmçinin DÇ-1990-da bürünc, DÇ-1994-də isə gümüş mükafat əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi