Fransa millisinin baş məşqçisi Didye Deşam İtaliya yığmasına mümkün keçidi barədə danışıb. Fransalı mütəxəssis 2026-cı il dünya çempionatından sonra hazırkı vəzifəsindən ayrılacaq.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Tezliklə azad olacam. Bunu hamı bilir. İtaliya? Heç nəyi istisna etməzdim.
Amma bu, hələlik planlarımda deyil. Görək bundan sonra nə olacaq”.
Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionluğunu qazanıb.

