“Yuventus” keçmiş hücumçusu Randal Kolo-Muanini yenidən heyətinə qatmaq üçün hərəkətə keçib.
Fransalı forvard hazırda icarə əsasında “Tottenhem”də çıxış edir.
Onun hüquqları hələ də PSJ-yə məxsusdur, ancaq Paris təmsilçisi ona planlarında yer ayırmır.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus” rəhbərliyi Kolo-Muaninin transferi üçün aktiv danışıqlara hazırlaşır.
Tərəflər arasında yaxın vaxtlarda rəsmi görüşlərin keçirilməsi gözlənilir.
Bildirilir ki, 27 yaşlı hücumçu da Turinə qayıtmaqda maraqlıdır. PSJ də öz növbəsində, onun satışına açıqdır.

