Tanınmış baş məşqçi mövsümün sonunda klubunu dəyişəcək?

15 May 18:40 İtaliya 877
Tanınmış baş məşqçi mövsümün sonunda klubunu dəyişəcək?

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri mövsümün sonunda komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssisin xidmətində “Atalanta” rəhbərliyi maraqlıdır.

Berqamo təmsilçisi Sarrini komandanın hazırkı çalışdırıcısı Raffaele Palladino ilə yollar ayrılacağı halda əsas namizəd kimi nəzərdən keçirir.

İtaliyalı mütəxəssis ötən ilin iyunundan “Latsio”nu çalışdırır. Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

“Latsio” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 9-cu, “Atalanta” isə 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?