“Bolonya”nın hücumçusu Conatan Rou karyerasını başqa klubda davam etdirə bilər.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Çelsi” və “Qalatasaray” maraqlıdır.
Hər iki klubun skautları “Bolonya”nın son oyununda – “Napoli” ilə qarşılaşmada stadionda olublar. Həmin görüşdə Rou 91-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
İngiltərəli forvard “Bolonya”ya 2025-ci ildə, “Marsel”dən 17 milyon avroya transfer olunub. Onun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.
Rou cari mövsümdə bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

