“Xeyr, bu, ümumiyyətlə variant deyil” - Məşhur qolçu Rusiyaya getməkdən İMTİNA ETDİ

15 May 00:20 İtaliya 754
“Xeyr, bu, ümumiyyətlə variant deyil” - Məşhur qolçu Rusiyaya getməkdən İMTİNA ETDİ

“Napoli”nin hücumçusu Romelu Lukakunun agenti Sebastyen Ledur futbolçunun karyerasını Rusiya Premyer Liqasında davam etdirməyəcəyini bildirib.

Daha əvvəl Lukaku ilə “Napoli” arasında müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv oluna biləcəyi barədə məlumat yayılmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı forvardın agenti “Lukaku Rusiyada oynaya bilərmi” sualına qısa cavab verib:

“Xeyr, bu, ümumiyyətlə variant deyil”.

Beləliklə, Lukakunun Rusiya çempionatına mümkün keçidi tamamilə gündəmdən çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?