Serbiyalı forvardı heyətinə qatmaq istəyən klub hansıdır?

13 May 18:20 İtaliya 530
Serbiyalı forvardı heyətinə qatmaq istəyən klub hansıdır?

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İtaliyanın başqa top-klubunda davam etdirə bilər.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, serbiyalı forvardı heyətinə qatmaq istəyən klub “Milan”dır.

“Qırmızı-qaralar” onun transferi üçün təklif hazırlayır.

İddiaya əsasən, keçid xüsusilə, “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin komandada qalacağı halda reallaşa bilər.

Vlahoviçi azad agent kimi transfer etmək mümkün olacaq, çünki onun “Yuventus”la müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq.

26 yaşlı forvard cari A Seriyası mövsümündə 17 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!