“Atalanta”nın baş direktoru Luka Perkassi komandanın yarımmüdafiəçisi Edersonun gələcəyi ilə bağlı danışıb.
Daha əvvəl yayılan xəbərlərdə “Mançester Yunayted”in 26 yaşlı oyunçunun transferini yaxın günlərdə tamamlaya biləcəyi bildirilirdi.
Futbolçu ilə həmçinin, “Arsenal”, “Atletiko” və digər klubların maraqlandığı vurğulanır.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub rəsmisi məsələ ilə bağlı bunları deyib:
“Ederson üçün hələ heç bir rəsmi təklif almamışıq. Ona maraq göstərən çox klub var, amma indi nəsə demək üçün tezdir”.
Braziliyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

