Paytaxt təmsilçsində qalmaq üçün maaşının azaldılmasına razıdır - Argentinalı forvad

12 May 22:00 İtaliya 662
Paytaxt təmsilçsində qalmaq üçün maaşının azaldılmasına razıdır - Argentinalı forvad

“Roma”nın hücumçusu Paulo Dibala komandada qalmaq üçün ciddi maaş endiriminə razıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu hələlik argentinalı futbolçuya yeni müqavilə ilə bağlı rəsmi təklif verməyib.

Dibala özü də daha əvvəl yekun qərarı klubun sahibi Dan Fredkindən gözlədiyini bildirmişdi.

Komandanın baş məşqçisi Can Pyero Qasperini isə 32 yaşlı forvardın qalmasını istəyir. Bununla belə, futbolçunun gələcək taleyi klub rəhbərliyinin mövqeyindən asılı olacaq.

Dibala cari mövsümdə 25 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?