Hər iki baş məşqçi mətbuat qarşısına çıxmaqdan imtina etdi

18:40 İtaliya 110
Hər iki baş məşqçi mətbuat qarşısına çıxmaqdan imtina etdi

A Seriyasının 22-ci turu çərçivəsində keçiriləcək “Yuventus” – “Napoli” qarşılaşmasından əvvəl hər iki komandanın baş məşqçisi mətbuat konfranslarını ləğv edib.

“Yuventus”un çalışdırıcısı Luçano Spaletti tədbirdən cəmi iki saat əvvəl jurnalistlərlə görüşməyəcəyini açıqlayıb. “Napoli”nin baş məşqçisi Antonio Konte isə Çempionlar Liqasının son matçında “Kopenhagen”lə (1:1) qeydə alınan nəticədən narazı olduğundan, mətbuatla danışmaqdan imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki məşqçinin oyunqabağı açıqlamalar verməməsi ilk hal deyil.

Qarşılaşma sabah Turində baş tutacaq və saat 21:00-da start götürəcək. “Yuventus” 21 turdan sonra 39 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, “Napoli” isə 43 xalla 3-cüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti