“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessye İtaliyaya geri dönə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” 28 yaşlı futbolçunun transferi ilə ciddi şəkildə maraqlanır.
Turin klubu Kessyeni yay transfer pəncərəsində komandaya qatmaq niyyətindədir. O, 2023-cü ildə “Barselona”dan “Əl-Əhli”yə 12 milyon avroya transfer olunub və müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.
Fil Dişi Sahilindən olan futbolçu cari mövsümdə Səudiyyə Ərəbistanı klubunda 21 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. O, daha əvvəl İtaliyada “Atalanta”, “Çezena” və “Milan”da çıxış edib.

