Başqa yerə getməyən müdafiəçisinə yeni müqavilə təklif edəcək

01:30 İtaliya 90
Başqa yerə getməyən müdafiəçisinə yeni müqavilə təklif edəcək

“İnter” müdafiəçisi Federiko Dimarko ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi yaxın vaxtlarda 28 yaşlı futbolçu ilə danışıqlara başlamağı nəzərdə tutur və ona maaş artımı ilə yeni sözləşmə təklif ediləcək.

İtaliyalı futbolçuya İngiltərənin adı açıqlanmayan top-klublarından biri də maraq göstərib. Ancaq Dimarko bu təklifə isti yanaşmayıb və “İnter”i tərk etməyi düşünmür.

Dimarko cari mövsümdə Kristian Kivunun rəhbərlik etdiyi komandanın heyətində bütün turnirlərdə 26 oyuna çıxaraq, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Onun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Klub rəhbərliyi əsas oyunçularından birini uzunmüddətli perspektivdə heyətdə saxlamaq niyyətindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR