"Onun komandası qalib gəlməyib heç-heçə edərsə, iki gecə yata bilmir”

15:40 İtaliya 117
"Onun komandası qalib gəlməyib heç-heçə edərsə, iki gecə yata bilmir”

“Yuventus”un sabiq müdafiəçisi Leonardo Bonuççi 2012-ci ili xatırlayaraq, Turin klubunun bir neçə uğursuz mövsümdən sonra yenidən çempionluq yarışına qayıtmasının səbəblərindən danışıb.

Sportinfo.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, o, bu dönüşdə əsas rolun komandanın mentalitetini köklü şəkildə dəyişən Antonio Konteyə məxsus olduğunu bildirib:

“Həmin dövrdə “Yuventus” A Seriyasında iki dəfə ardıcıl yeddinci yeri tutmuşdu və ondan bir qədər əvvəl B Seriyasında çıxış edirdi.

Antonio Konte bizim bütün düşüncə tərzimizi dəyişdi. Biz çox tez başa düşdük ki, “Yuventus” olmaq nə deməkdir və necə qalib gəlmək lazımdır”.

O, Kontenin perfeksionist (qüsursuz, xırda detallara diqqət yetirən) xarakterinə də diqqət çəkib:

“Onun perfeksionizmi indi də açıq-aşkardır. Komandası qalib gəlməyib heç-heçə edərsə, iki gecə yata bilmir”.

Antonio Konte hazırda “Napoli”nin baş məşqçisi vəzifəsini icra edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti