Onu kluba qaytardılar - Yeni idman direktoru kimdir?

3 Yanvar 16:55 İtaliya 200
Onu kluba qaytardılar - Yeni idman direktoru kimdir?

“Yuventus” Marko Ottolininin idman direktoru vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Ottolini 1 yanvar 2026-cı ildən etibarən rəsmi olaraq “ağ-qaralar”a qoşulub və klubun baş icraçı direktoru Damien Komolliyə tabe olacaq.

Ottolini daha əvvəl də “Yuventus”da çalışıb. O, Turin klubunda skaut və icarə üzrə şöbə rəhbəri vəzifələrində işləyib.

Daha sonra 2022-ci ildə “Cenoa”nın idman direktoru olub və onun rəhbərliyi altında “qrifonlar” yenidən A Seriyasına qayıdıblar.

Hazırda “Yuventus” İtaliya A Seriyasının turnir cədvəlində 17 oyundan 32 xalla 5-ci pillədə qərarlaşıb. Turin klubu lider “İnter”dən 4 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!