"Yeni başlayan ilin daha da uğurlu olması üçün bütün gücümüzü ortaya qoyacağıq"

20:50 İtaliya 62
"Yeni başlayan ilin daha da uğurlu olması üçün bütün gücümüzü ortaya qoyacağıq"

“Napoli”nin prezidenti Aurelio de Laurentis 2025-ci ildə əldə olunan uğurlara görə komandaya təşəkkür edib.

Ötən il neapollular üçün çox uğurlu keçib – klub A Seriyasının qalibi olub və İtaliya superkubokunu qazanıb.

Sportinfo.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, klub rəhbəri qarşıdan gələn ilin daha da uğurlu olacağına ümid edir:

“2025-ci il bizim üçün çox yaxşı və ruhlandırıcı oldu. Yeni başlayan ilin daha da uğurlu olması üçün bütün gücümüzü ortaya qoyacağıq. Baxmayaraq ki, bu, asan olmayacaq”.

“Napoli” hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda bazar günü A Seriyasının 18-ci turu çərçivəsində “Latsio” ilə qarşılaşacaq.

Neapol təmsilçisi UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”la qarşılaşıb – 2:0.

Digər Xəbərlər
Xəbər Lenti