Məşhur hücumçuya 1 ildən sonra aşağı liqa klubundan TƏKLİF GƏLDİ

1 Yanvar 01:40 İtaliya 2 154
Məşhur hücumçuya 1 ildən sonra aşağı liqa klubundan TƏKLİF GƏLDİ

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelliyə Dubay təmsilçisi “Əl-İttifaq”dan təklif gəlib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub Birləşmiş Ərəb Əmirliklərinin səviyyəcə ikinci divizionunda mübarizə aparır.

Ulduz futbolçu sonuncu dəfə yaşıl meydanlara 2024-cü il dekabrın 21-də çıxıb. O, A Seriyası çərçivəsində “Napoli” ilə oyunda “Cenoa”nın heyətində sonradan şans qazanıb.

Balotelli karyerası ərzində “Milan”, “İnter”, “Mançester Siti” və “Liverpul” kimi Avropa nəhənglərinin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!