“Yuventus” hələ də “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali ilə müqavilə imzalamaq planlarını davam etdirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi hələ də italyalı futbolçunu transfer etməyi xəyal edir və onu yarımmüdafiə xəttini gücləndirmək üçün ideal seçim hesab edir.
“Yuventus” qışda pula qənaət etmək və yayda Tonalinin bahalı transferini maliyyələşdirmək üçün “Vest Hem”in oyunçusu Quido Rodrigeslə altı aylıq icarə müqaviləsiylə məhdudlaşmağı planlaşdırır.

